"Sihirli Annem" serialının Tuğçesi - aktrisa Damla Ersubaşı aldatma iddialarından sonra ilk dəfə Esra Balamirin ad günündə görüntülənib.

Unikal.org xəbər verir ki, Ersubaşın həyat yoldaşı Mustafa Can Keser sahibi olduğu klubda bir qadınla görüntülənmiş, arvadına xəyanət etdiyini danışmışdı.

Damla ad günü gecəsində əylənib. O, ərindən ayrılma xəbərləri ilə bağlı sualları cavabsız qoyub.