Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovu vəzifəsindən azad edib.

Unikal.org xəbər verir ki, Əli Həsənov işdən azad olunduqdan sonra "BBC News Azərbaycanca"ya  müsahibə verib. Ə. Həsənov bildirib ki, son 3 ildə səhhəti ilə bağlı ciddi problemlərlə üzləşib və ölkə başçısından vəzifədən azad edilməsiylə bağlı xahiş edib: "Cənab prezidentdən xahiş etmişdim ki, məni bu gərgin fəaliyyətdən, gərgin vəziyyətdən azad etsin. Mən 53 yaşında iki dəfə açıq ürək əməliyyatı keçirmişəm, bir dəfə infakt olmuşam. Sağlamlığım bu günlə sabah arasında, belə deyək, mövcudluğum sadəcə olaraq, Allaha bağlıdır.
Ona görə də bu iş mənim üçün həddindən artıq gərgin idi. Və son 3 il ildir, dəfələrlə cənab prezidentə müraciət etmişdim ki, cənab prezident, imkan varsa, mənim işimi dəyişin. Bu gün də təşəkkür edirəm ki, müraciətimi də nəzərə alaraq, - onun özünün də yəqin bununla bağlı planları, proqramları, səbəbləri var, - məni azad elədi. Buna görə də ona təşəkkür edirəm".