Bələdiyyə seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının seçki qərargahı Azərbaycan Respublikasının Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyasına start verdi.

Unikal.org xəbər verir ki, ilk olaraq partiyanın rayon təşkilatının Gənclər birliyinin fəallarından təşkil olunmuş təşviqat qrupunun üzvləri rayonun 57 seçki məntəqəsinin ərazisində qurulmuş Təşviqat lövhələrinə Yeni Azərbaycan Partiyasının bələdiyyə seçkiləri ilə bağlı hazırlanmış və namizədlikləri  90 saylı Ağdaş və 89 saylı Göyçay-Ağdaş Dairə Seçki Komissiyaları tərəfindən 26 bələdiyyə üzrə qeydə alınmış 242 nəfər bələdiyyə üzvlüyünə namizədin şəkli əks olunmuş plakatları vurmuşlar. Bu kampaniya rayon ərazisində uğurla başa çatıb.

Tərtib olunmuş qrafikə uyğun olaraq bələdiyyə üzvlüyünə namizədlərin seçicilərlə görüşləri keçiriləcəkdir.