Avro-2020-nin Rumıniyanın paytaxtı Buxarestdə keçirilən püşkatma nəticələrinə əsasən, Türkiyə millisinin iki oyunun Bakıda keçirilməsinə Türkiyə millisinin baş məşqçisi Şenol Günəş münasibət bildirib.

Unikal.org xəbər verir ki, “Ay-ulduzlular” İtaliya ilə oyunu Romada, İsveçrə və Uelslə görüşlərini isə Bakıda keçirməli olacaq. Türkiyəni 2002-ci ildə dünya üçüncüsü etmiş Şenol Günəş Bakıda oyun keçirəcəklərinə görə sevindiyini bildirib:

“Bakıda oynamağımız yaxşı oldu. Çünki özümüzü Bakıda evdəki kimi hiss edəcəyik. UEFA bizə ev sahibliyi vermədi. Amma biz özləri də istəmədən Avropa çempionatında ev sahibi kimi oynayacağıq. Çünki Bakı bizə öz evimiz kimidir”.