Xalq artisti Mələkxanım Eyyubova “Qadına şiddətə son!" adlı tədbirə qızı Nəzrinlə qatılıb.

Unikal.org xəbər verir ki, Nəzrin gözəlliyi ilə anasını kölgədə qoyub. 

Dünən 5 ulduzlu otellərin birində baş tutan tədbirdə Nəzrin Nəcəfovanın əl işləri də sərgilənib.

Nəzrin Nəcəfova Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rəssamlıq fakültəsini bitirib. Rəssam Nazim Yunusovun tələbəsidir. Nəzrin həm də modelyerdir. Gənc rəssamın əl işləri Azərbaycanda və xaricdə sərgilənib.