Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIII turun daha bir oyunu keçiriləcək.

Unikal.org xəbər verir ki, "ASCO Arena"da "Səbail" və "Neftçi" klubları üz-üzə gələcək. Hər iki komanda ilk oyun günündən sonra itirilmiş mövqelərini geri qaytarmaq üçün meydana çıxacaq. Hazırda "Neftçi" 21 xalla 3-cü, "Səbail" isə 11 xalla sonuncudur. Meydan sahibləri qalib gəlsələr, 6-cı, qonaqlar qələbə qazansalar, 2-ci pilləyə yüksələcəklər.

Bu, iki kollektivin 10-cu "duel"i olacaq. Əvvəlki qarşılaşmalardan 2-də "Səbail", 6-da "Neftçi" üstün olub, daha 1 matçda qalib müəyyənləşməyib. Topların nisbətində də ağ-qaralar" öndədirlər - 20:7. “Neftçi” son 8 matçda meydanı qol vurmadan tərk etməyib. “Səbail” isə evdə 3 oyundur qalib gəlmir.