Rusiyada sərnişin avtobusunun qəzaya uğraması nəticəsində ölənlərin sayı 19 nəfərə çatıb.

Bu barədə Unikal.org TASS-a istinadən xəbər verir. 

Hadisə Zabaykal diyarında, Sretensk rayonunda qeydə alınıb. Belə ki, sərnişin avtobusu körpüdən Kuenqa çayına aşıb. Hadisə zamanı avtobusda 43 nəfər olub. 

Faktla bağlı cinayət işi qaldırılıb. 

xxx

11:43

Rusiyada dəhşətli yol qəzası baş verib.

Unikal.org xəbər verir ki, Zabaykal diyarının Sretensk rayonunda sərnişin avtobusu körpüdən aşaraq Kuenqa çayına düşüb.
Qəza nəticəsində azı 15 nəfər həlak olub, 18 nəfər yaralanıb. Hadisə baş verən zaman avtobusda 43 sərnişin olub.

İlkin məlumata görə, qəzaya avtobusun ön təkərinin partlaması səbəb olub. Faktla bağlı araşdırma aparılır.