Şirvan şəhərində 49 yaşlı kişi dəm qazından boğulub.

Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə şəhərin Xəqani küçəsi 24 ünvanında yerləşən fərdi yaşayış evində baş verib.

Şirvan sakini, 1970-ci il təvəllüdlü Cəfərov Qurban Əlsoltan oğlu hamamda çimərkən dəm qazından zəhərlənib.

O, xəstəxanaya çatdırılarkən yolda keçinib.

Faktla bağlı araşdırma aparılır.