Zərdab Rayon İcra Hakimiyyətinin yeni başçısı Mərdan Camalov sələfinin ən yaxın kadrını işdən çıxarıb.

Zərdab Rayon İcra Hakimiyyətindən Unikal.org-a verilən məlumata görə, Mərdan Camalovun əmri ilə, köməkçisi Səlimov Vasif Nuru oğlu tutduğu vəzifədən azad olunub.

Qeyd edək ki, Vasif Səlimov uzun müddət Zərdab Rayon İcra Hakimiyyətinin sabiq başçısı Lütvəli Babayevin köməkçisi olub.

Orxan Həsənli