Xalq artisti Aygün Kazımovanın bir neçə gün öncə dünyasını dəyişən qardaşı Kazımov Kazım Ələsgər oğlunun yas mərasimi keçirilir.

Unikal.org Axşam.az-a istinadən xəbər verir ki, mərhumun üç mərasimi Təzə Pir məscidində baş tutub.

Qeyd edək ki, Kazımov Kazım Ələsgər oğlu Cinayət Məcəlləsinin 178.3.2-ci və 178.2.4-cü maddələri ilə həbsdə olub. Noyabrın 15-i isə Xalq artisti Aygün Kazımova Ədliyyə Nazirliyinin müalicə müəssisəsində olub. Xalq artisti orada ağır durumda olan qardaşı Kazım Ələsgər oğlu Kazımzadəyə baş çəkmişdi.