Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri təyin edib.

Unikal.org-un məlumatına görə, bu vəzifəyə qədər Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın köməkçisi işləyib. 

Gündüz Hacı oğlu Kərimov 1977-ci ildə Qazax şəhərində anadan olub. 1994-cü ildə Göygöl şəhər 1 nömrəli orta məktəbini bitirib. 

1994-2000-ci illərdə Bakı Dövlət Universitetinin beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsində təhsil alıb.  2001-2002-ci illərdə ABŞ İndiana Universitetinin magistraturasını bitirib;
Bakı Dövlət Universitetinin Mülki proses və kommersiya hüququ kafedrasının müəllimidir; 2011-2014-cü illərdə BDU-nun Hüquq fakültəsinin dekan müavini işləyib;

Azərbaycan Respublikasının patent müvəkkilidir;

Azərbaycan Sahibkarlar Konfederasiyasının Rəyasət Heyətinin üzvüdür.

1 iyul 2017-ci il tarixdən Fransanın paytaxtı Paris şəhərində yerləşən Beynəlxalq Ticarət Palatasının Beynəlxalq Arbitraj Məhkəməsinin Azərbaycandan üzvüdür. 2017-ci ilin noyabr ayından Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın köməkçisi təyin olunub. 

Evlidir, iki övladı var.