Ağsatafada ağır yol-nəqliyyat qəzası baş verib.

Unikal.org  qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun Dağ Kəsəmən kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan iki avtomobilin toqquşması nəticəsində 5 nəfər xəsaərt alıb. Onlar Qazax rayon sakinləri 14 yaşlı Rəvan Alməmmədli, 35 yaşlı Aytən Nuriyeva, 20 yaşlı Tahirə Məmmədova, Ağstafa rayon skainləri 26 yaşlı Əli Əlizadə və 21 yaşlı Samirə Əliyevadır. 

Yaralılar xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.