London metrosundakı hava bütün dünyada ən çirkli hesab olunur.

Unikal.org xəbər verir ki, bu barədə "The Times" qəzeti yazıb. Britaniya metropolitenində havanın çirklilik səviyyəsi şəhərdəkini 15 dəfə üstələyir. Kral kollecinin tədqiqatçıları qeyd edirlər ki, "Viktoriya" və "Şimali" xəttlərdəki situasiya digərlərindən daha acınacaqlıdır.

London metrosunun bəzi xəttlərində insan sağlamlığı üçün zərərli olan kiçik hissəciklərin konsenstrasiyası Barselona, Los-Anceles, Nyu-York, Pekin, Seul və Sidney metropolitenlərindəkindən daha yüksəkdir.

Tədiqatçılar bu cür çirklənməni təkərlərin relslərə sürtünməsi, eskalatorların işləməsi, eləcə də havalandırmanın yetərincə effektiv olmaması ilə izah edir. Qoruyucu tədbirlər kimi stansiyalarda sərnişinlər və dəmiryolu xətləri arasında xüsusi konstruksiyaların yerləşdirilməsi təklif olunur.