Abşeron rayonunda ev yanıb.

Unikal.org FHN-ə istinadən xəbər verir ki, Abşeron rayonunun Ceyranbatan qəsəbəsində ümumi sahəsi 100 m² olan birmərtəbəli evin dam örtüyü 20 m² sahədə və bitişik, ümumi sahəsi 10 m² olan köməkçi tikilinin yanar konstruksiyaları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.