Şirvanda bıçaqlanma hadisəsi baş verib.

Unikal.org xəbər verir ki, Şirvan sakini, 1975-ci il təvəllüdlü Hüseynov Namiq Sakit oğlu bıçaqlanıb. O, kürək nahiyəsindən və döş qəfəsindən 5 ədəd kəsilmiş-deşilmiş xəsarətlə Şirvan xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib və dərhal əməliyyata götürülüb. Yaralı çoxlu qan itirib.

Faktla bağlı Şirvan Polis Şöbəsi tərəfindən araşdırma aparılır.