Konyada Mətin K. spirtli içki qəbul etdiyi gecə klubunda qadın ofisiantı masasına çağırıb onunla söhbət etmək istədikdə çıxan davada mühafizəçi tərəfindən bıçaqlanıb. 

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, qarnı və ayağından bıçaqlanan 43 yaşlı adam xəstəxanaya aparılıb və onu bıçaqlayan mühafizəçi saxlanılıb. 

Saxlanılan şəxs yaxınlarına “Çaqqallarla işləyirik” deyib və sorğusu tamamlandıqdan sonra ədliyyəyə aparılıb.