Lənkəranda itkin düşmüş 66 yaşlı qadın tapılıb.

Unikal.org-un xəbərinə görə, hadisə dekabrın 2-də şəhərin M.Əsədov küçəsində baş verib.

Belə ki, 1953-cü il təvəllüdlü Tatyana Korneva yaşadığı evdən mağazaya getmək adı ilə çıxıb və bir daha geri qayıtmayıb.

Onun yaxınları hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edib. Daha sonra qadının qızı anasının tapıldığı barədə Lənkəran Şəhər Rayon Polis Şöbəsinə (ŞRPŞ) məlumat verib.

Faktla bağlı Lənkəran ŞRPŞ araşdırma aparılır.