Daşkəsən rayonunda yerli sakin küt alətlə döyülüb.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə rayonun Çovdar kəndində qeydə alınıb. Daşkəsən rayon sakini, 1975-ci il təvəllüdlü Xanoğlan Salmanov tanıdığı şəxslər tərəfindən döyülüb. Müxtəlif bədən xəsarətləri alan şəxs xəstəxanaya çatdırılıb.

Özünün bildirdiyinə görə, gecə vaxtı kənd ərazisində küçədə gedərkən itlər ona hücum çəkib. Bu zaman itlərdən qorumaq məqsədilə həmkəndlisinin həyətinə girib. 

Amma evdə olan şəxslər onu oğru hesab etdikləri üçün döyərək xəsarət yetiriblər. Əraziyə polis əməkdaşları çağrılıb.

Hadisənin dəqiq baş vermə səbəbləri polis əməkdaşları tərəfindən araşdırılır.