Xaçmaz Rayon İcra Hakimiyyətində yeni təyinat olub. 

Unikal.org "Report"a istinadən xəbər verir ki, Xaçmaz rayon İcra hakimiyyətinin başçısı Elnur Rzayevin müvafiq əmri ilə Turan Məmmədzadə icra başçısının köməkçisi təyin edilib.

Qeyd edək ki, T.Məmmədzadə 1994-cü ildə Gəncə şəhərində anadan olub.