Ağdam rayonunda iki kəndli arasında mübahisə xəsarətlə yekunlaşıb.

Unikal.org "Report"a istiinadən xəbər verir ki, hadisə rayonun Yüzbaşılı kəndində qeydə alınıb

Mübahisə nəticəsində kənd sakini 31 yaşlı Orxan Məmmədov həmkəndlisi Cəbrayıl İsmayılov tərəfindən odlu silahla güllələnib. 

Yaralı rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Mübahisənin borc üstündə düşdüyü bildirilir.

Faktla bağlı rayon Polis Şöbəsində araşdırma aparılır.