Azərbaycan Dillər Universiteti (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda Çin heroqliflərinin biliklərinə dair ÇXR-nın yaranmasının 70 illiyinə həsr olunmuş "Mən Çin heroqliflərinin hökmdarıyam" adlı ənənəvi illik diktant müsabiqəsi keçirilib.

Unikal.org xəbər verir ki, müsabiqənin keçirilməsi formasına və yaradıcı yanaşmasına görə orijinal olan əsas məqsəd Çin dilinin öyrənilməsinə marağın artırılması, Çin heroqliflərinin gözəlliyinin anlaşılması idi. Açılış nitqi ilə çıxış edən Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov iştirakçılara uğurlar arzulayaraq, Çin yazısının Çin mədəniyyətinin əsas sərvətlərindən biri olduğunu və Çin heroqliflərinin düzgün yazılmasının Çin dilinin öyrənilməsi üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Müsabiqə zamanı maraqlı oyunlar da keçirilib və iştirakçılar Çin dili səviyyələrini nümayiş etdirə biliblər. Tədbirin sonunda münsiflər heyəti müsabiqənin qaliblərinə mükafatlar təqdim ediblər.