Antalyada əlil tələbələri daşıyan mikroavtobus qəza törədib.

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, qəzada yaralanan 4 tələbə yoxlama məqsədi ilə xəstəxanaya aparılıb. Kəsişməyə yaxınlaşdıqda bir avtomobil mikroavtobusun qarşısına çıxaraq onunla toqquşub.

Qəzadan sonra mikroavtobus elektrik dirəyinə çırpılaraq dayana bilib.