Alman birinci dövlət televiziyası ARD-də yayımlanan "ttt-titel thesen temperament" adlı proqramda, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkə bağlı skandal ifadələr yayımlayıb.

Unikal.org xəbər verir ki, proqramda Mustafa Kamal Atatürk, dünya tarixinin ən vəhşi diktatoru adlandırılan Adolf Hitler ilə eyni tutulub. 

Atatürkün Hitler Almaniyası ilə əməkdaşlıq etdiyini iddia edilən proqramda ard-arda Türkiyə Cümhuriyyətinin qurucusuna böhtanlar atılıb. Proqramda, "Atatürk Türkiyəni müasir bir dövlət halına gətirmək üçün Hitler rejimiylə də çalışdı" deyilib. 

"Tək dövlət, bir lider, bir dil, bir dinin istədiyi" proqramında iddia edilib ki, Atatürkün Nasist Almaniyasından hətta zəhər qazı aldığı və bu silahla Dersimə hücum təşkil edib. 

Bu Almaniyadakı Türk icmasının nümayəndələri tərəfindən böyük etiraza səbəb olub. Türklər bu gün televiziya kanalının qarşında etiraz aksiyası da keçiriblər. 

Artıq verilişin yayımı youtube səhifəsində də bağlanıb.