Türkiyə yenidən S-400 zenit-raket kompleksləri almaq üçün Rusiyaya müraciət edib.

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki,  sözügedən ölkələrin yeni anlaşmaya imza atacağı gözlənilir.

Bu barədə Rusiyanın Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətinin direktoru Dmitri Şuqayev mətbuata açıqlama verib. O, Türkiyənin 2020-ci ildə yeni   S-400 hava müdafiə sistemlərinin alınma ehtimalənın yüksək olduğunu və  tərəflər arasında bu mövzuda danışıqların getdiyini bildirib.

Şugayev  Rusiyanın Türkiyəyə rəqabətli bazardan  təyyarə tədarük edə biləcəklərini də deyib.  

Gülayə Məcid