Floridada yerləşən Hərbi Dəniz Donanmasının “Pensakola” bazasında atışma baş verib.

Unikal.org-un “Washington Post”-a istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində beş nəfər yaralanıb. Onlar xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən şəxs öldürülüb. Hərbi bazanın girişi və çıxışı bağlanaraq nəzarətə götürülüb.

Digər mənbələr insident nəticəsində ölənlərin olduğu barədə də məlumatlar yayır.

Qeyd edək ki, iki gün əvvəl Pörl-Harbor Hərbi Dəniz Donanmasının bazasında da atışma baş vermiş, iki mülki şəxs həlak olmuşdu.