Bu gün axşam saatlarında Xaçmaz rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə Gəndob-Yalama yolunun Xaçmazın Çarxı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. “TIR" markalı yük maşını ilə "Priora" markalı nəqliyyat vasitəsi toqquşub.  Qəza nəticəsində minik maşınının sürücüsü və sərnişini ölüb. 

Faktla bağlı araşdırmalar davam etdirilir.