Sumqayıt sakini dəm qazından boğulub.

Unikal.org  xəbər verir ki, hadisə şəhərin Hacı Zeynalabdin qəsəbəsində qeydə alınıb. Belə ki, 1995-ci il təvəllüdlü Ağayev Ağasahib Elşad oğlu hamam otağında dəm qazından boğularaq ölüb.

Mərhumun meyiti müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.