"Ayaks"ın yarımmüdafiəçisi Donni van de Bek yayda "Real"a keçə bilər.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, "Real" van de Bekə görə 55 milyon avro ödəməyə hazırdı. Hollandiyalı futbolçunun Madrid klubunda oynamaqda maraqlı olduğu və bu səbəbdən "Tottenhem"in təklifini geri çevirdiyi bildirilir.

Cari mövsümdə Hollandiya çempionatında 13 matçda meydana çıxan Donni van de Bekin aktivində 5 qol və 4 məhsuldar ötürmə var.