Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 14-cü tura yekun vurulacaq.

Unikal.org xəbər verir ki, ilin son turunda daha üç oyun keçiriləcək.

Belə ki, "Zirə" öz meydanında "Səbail"i, "Sumqayıt" isə "Qəbələ"ni qəbul edəcək. Günün son matçında "Neftçi" "Sabah"ın qonağı olacaq.

Qeyd edək ki, bu oyunlardan sonra komandalar qış fasiləsinə yollanacaq.