Bakı-Quba yolunda sürücünün xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org-un məlumatına görə, qəza avtomagistralın Siyəzən rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, "Qazel" markalı yük avtomobilinin sürücüsü idarəetməni itirərək nəqliyyat vasitəsini yol kənarına aşırıb. Nəticədə sürücü xəsarət alıb və ona tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.