Bakının Qaradağ rayonunda bıçaqlanma hadisəsi baş verib.

Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə "Sədərək" ticarət mərkəzində qeydə alınıb.

1958-ci il təvəllüdlü Həqiqət Mahmudova ticarət mərkəzinin ərazisində bıçaqlanıb. Qadın aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.