Bakıda 14 evdən oğurluq edən şəxs saxlanılıb.

Bu barədə Unikal.org-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, oğurluq etdiyinə görə tutulan R.İbrahimovun ətrafında Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun rayon ərazisindəki daha 14 evdən pul, qızıl-zinət əşyaları və noutbuk oğurlaması da müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.