Türkiyənin təhlükəsizlik qüvvələri tərəfindən Muş vilayətində uğurlu antiterror əməliyyatı keçirilib.

Unikal.org xəbər verir ki, əməliyyat nəticəsində 5 terrorçu zərərsizləşdirilib. Onlardan birinin “Zinar Amed” ləqəbli Erdal Tekay olduğu məlum olub.

Qeyd edək ki, Türkiyənin Daxili İşlər Nazirliyi Erdal Tekayın ələ keçirilməsi üçün 300 min lirə (52 min ABŞ dolları) mükafat ayırmışdı.