Tərtərdə ağzından güllələnən Mənsur Behbudovun vəziyyətinə aydınlıq gəlib. 

Unikal.org oxu.az-a istinadən xəbər verir ki, ağır vəziyyətdə Gəncədəki özəl xəstəxanalardan birinə gətirilən yaralı dərhal Bakıya göndərilib. 

Ona üst çənə sümüyünün dağılması diaqnozu qoyulub.

Qeyd edək ki, yaxınlarının verdiyi məlumata görə, Mənsur Behbudov Tərtərdə qəssablıqla məşğul olur və iki uşaq atasıdır. 

 

21:36

xxx

Tərtər rayonunda güllələnmə hadisəsi baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.

Belə ki, həmin küçədə yaşayan Behbudov Mənsur Oktay oglu ağzından güllələnib.

Onun kim tərəfindən və hansı səbəbdən güllələndiyi məlum deyil.

Yaralı Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, vəziyyəti ağır olduğu üçün Gəncə şəhərində yerləşən özəl klinikalardan birinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.