Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə Liviyadakı vəziyyəti müzakirə etmək üçün telefonla danışmaq niyyətindədir.

Unikal.org xəbər verir ki, Ərdoğan TRT-dən yayımlanan müsahibəsində deyib ki, rusiyalı həmkarı ilə yanvarın 8-də “Türk axını” layihəsi çərçivəsində İstanbulda görüşəcək.

Lakin Ərdoğan vurğulayıb ki, həftə içində Liviyada vahid hakimiyyəti ələ keçirmək istəyən Liviya Milli Ordusunun rəhbəri feldmarşal Xəlifə Həftər Benqazi ilə bağlı Putinlə danışmaq planı var.

Türkiyə Prezidenti deyib ki, Həftər Benqazi tərəfindən Liviya üçün bir təhlükə yaranacağı halda rəsmi Ankaranın hərbi müdaxilə edəcəyi gözləniləndir: “Liviya hökuməti bu dəstəyi istəsə, Türkiyə müvafiq qərar verəcək. Biz bu məsələdə heç kimdən icazə almayacağıq. Türkiyə Liviyaya hər cür dəstək verməyə hazırdır".