"Eurohome" tikinti materialları bazarında baş verən yanğınla əlaqədar hadisə yerinə artıq 5 briqada cəlb olunub.

Bu barədə Unikal.org-a Səhiyyə Nazirliyindən məlumat verilib.

Məlumatda bildirilir ki, saat 10:45-ə olan məlumata görə hadisə nəticəsində tüstüdən zəhərlənən 6 nəfərə yerində yardım göstərilib: "2 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə, bir nəfər əlin kəsilmiş yarası diaqnozu ilə Travmatologiya və Ortopediya İnstitutuna gətirilib".

*** 10:11

Səhiyyə Nazirliyi “EuroHome” tikinti materialları bazarında baş verən yanğınla bağlı yeni məlumat yayıb.

Nazirlikdən Unikal.org-a bildirilib ki, hadisə yerinə artıq 5 briqada cəlb olunub.

Saat 09:50-yə olan məlumata görə, 2 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətirilib.

***09:31

Səhiyyə Nazirliyi Bakı-Sumqayıt yolunda "Ekologiya postu" kimi tanınan ərazinin yaxınlığında olan tikinti materialları bazarında olan yanğınla bağlı son vəziyyəti açıqlayıb.

Nazirliyin mətbuat xidmətindən Unikal.org-a  verilən məlumata görə, hadisə yerinə çağırış saat 08:18-də daxil olub:

"Hadisə yerinə 4 Təcili Tibbi Yardım briqadası yollanıb. Saat 09:15 üçün Təcili Tibbi yardım briqadalarına bir nəfər sahibkar müraciət edib. Ona yerində yardım göstərilib".