Çində 1501-ci ildə vəfat etmiş adamın məzarından yumurta tapılıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, yumurtalar təxminən 500 il əvvəl içərisində düyü olan bir küpə basdırılıb. Məzarın içərisində istilik və rütubət dəyişmədiyi üçün yumurtalar qırılmadan qalıb. 

2015-ci ildə də Çində arxeoloqlar məzardan 2 min il əvvələ aid yumurta tapmışdılar, lakin onun qabığı çox kövrək olub və dərhal qırılıb.