Rusiyada yol hərəkəti qaydasını pozan sürücü polisin əmrinə tabe olmayıb.

Unikal.org Rusiya KİV-nə istinadən xəbər verir ki, yol polisi sürücünü yoxlamaq istəyərkən o öz avtomobili ilə irəliləməyə başlayıb. Sürücünün qapısını açan polis hərəkət edən maşının içərisinə atılıb. Polis avtomobili saxlaya bilib. O əsəbləşərək sürücünü yumruqlayıb.

Yoxlamalar nəticəsində avotmobili idarə edən şəxsin sürücülük vəsiqəsi olmayan 16 yaşlı yeniyetmə olduğu məlum olub. O polislər tərəfindən saxlanılıb.