Vaşinqtonda ABŞ dövlət katibi Mayk Pompeo ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında görüş keçirilib.

Unikal.org Rusiya mətbuatına istinadən xəbər verir ki, görüş mətbuata qapalı keçirilib.

Danışıqlardan sonra Pompeo və Lavrov mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıblar. Bildirilib ki, görüşdə əsasən iki ölkə arasındakı əməkdaşlıq və beynəlxalq mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Bundan əlavə, Rusiya XİN rəhbəri ABŞ dövlət katibini ölkəsinə rəsmi səfərə dəvət edib. Pompeo dəvətə görə Lavrova təşəkkür edib.