Səhiyyə nazirinin müavini Elsəvər Ağayev Azərbaycana gətirilən şprislərin mənşəyinin məlum olmaması, müvafiq laboratoriyalarda yoxlanılmadan satışa buraxılması və insanların sağlamlığını təhlükə altında qoymasına münasibət bildirib.

Unikal.org-un məlumatına görə, məsələ ilə bağlı jurnalistlərə açıqlama verən E.Ağayev deyib ki, Azərbaycana gətirilən şprislərin bəziləri Səhiyyə nazirliyi tərəfindən yoxlanılır. 

“Hansının ki, sterlliyi yoxlanılması lazımdırsa bu iş nazirlik tərəfindən həyata keçirilir. Ölkəmizdə istehsal olunan şprislərin də artıq standartı müəyyənləşib. Bəzi qurumlar və qeyri-hökumət təşkilatları ölkəmizdə üç hissəli şprislərin qadağan olunması vurğulayır. Əslində bu qadağa da yoxdur. Bu kimi şprislər bütün dünyada olduğu kimi, bizdə də istifadəsinə icazə verilir. Əhalini yanlış yola yönləndirmək düzgün deyil. Saxtadır, keyfiyətsizdir kimi fikirlərdə səsləndirmək təxribatdır”. 

Nazir müavini deyib ki, Azərbaycanda istehsal olunan şprislər müasir tələblərə görə iki hissəlidir:

“Bu da də standartlaşma institutu tərəfindən təsdiq olunub. Artıq Azərbaycana idxal olunan şprislərlə əlaqədar öz qurumlarımıza tapşırıq vermişik ki, apteklərdə yoxlama aparılan zaman onların nümunələri götürülsün. Bu şprislər bir daha Səhiyyə nazirliyinin labaratoriyasında yoxlanılır. Azərbaycanda müsair standartlara uyğun şprislər istehsal olunduğu üçün onların fiziki parametrləridə yoxlanılacaq. Bu iş isə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzində aparılacaq. Onların fiziki, kimyəvi göstəriciləri də burada yoxlanılacaq”.

Hüseyn İsgəndərov