Bərdədə Rayonda  bıçaqlanma hadisəsi baş verib.

Unikal.org xəbər verir ki, hadisə  rayonun Bakı küçəsində qeydə alınıb.

Belə ki, Bərdə rayon 32-lər kənd sakini, 39 yaşlı Allahverdiyev Nicat Vidadi oğlu Rayon Polis Şöbəsinin əməkdaşı Muradov Fehruz Novruz oğlu tərəfindən 8 bıçaq zərbəsi ilə bıçaqlanıb.

Yaralı yaxınları tərəfindən rayon mərkəzi xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağırdır.

Faktla bağlı Rayon Polis şöbəsində cinayət işi açılıb  araşdırma aparılır.