Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Stefan Şenak və Rocer Geyl Bakıya səfər edəcək.

Unikal.org xəbər verir ki, bu barədə report-a AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Stefan Şenak məlumat verib.

O, fevralın 9-da Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkilərini müşahidə edəcəklərini bildirib: "Biz müşahidəçi qismində iki dəfə Azərbaycanda səfərdə olacağıq. Seçkiqabağı vəziyyəti, seçkilərə hazırlığı və seçkilər müşahidə edəcəyik".

Xatırladaq ki, AŞPA fevralın 9-da Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkilərini müşahidə etmək üçün 30-dan çox müşahidəçi göndərəcək.