ABŞ-ın Nyu Cersi şəhərində silahlı insident yaşanıb.

Unikal.org ABŞ mətbuatına istinadən xəbər verir ki, 2 nəfər polis əməkdaşlarına atəş açıb. Nəticədə bir polis, iki cinayətkar və 3 vətəndaş dünyasını dəyişib. 1 saat davam edən silahlı münaqişədə 3 nəfər yaralanıb.