Bu gün axşam saatlarında Bakı metrosunda qorxulu anlar yaşanıb.

Unikal.org qafqazinfo-ya istinadən xəbər verir ki, naməlum şəxs metronun "Neftçilər" stansiyasında qatar yoluna atılıb.

Stansiya yolunda hərəkət edən şəxs yalnız polisin müdaxiləsindən sonra platformya çıxarılıb.

"Bakı Metropoliteni" QSC-nin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov açıqlamasında bildirib ki, hadisə 18:26 radələrində qeydə alınıb. Stansiya işçiləri müvafiq təlimat qaydalarına uyğun addım atıb, təmas relsindən gərginlik çıxarılıb. Polis vətəndaşı çıxarıb".