Bakıda bıçaqlanma hadisəsi baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonunda qeydə alınıb.

Zabrat qəsəbəsində 1988-ci il təvəllüdlü Cəfərov Emin Ənvər oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona döş qəfəsinin sol arxa hissəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.