Gənclər və İdman naziri  Azad Rəhimov dekabrın 13-də Biləsuvar rayonunda vətəndaşları qəbul edəcək.

Unikal.org GİN-ə istinadən xəbər verir ki, qəbulda  Biləsuvar rayon sakinləri iştirak edəcəklər.

Qəbul saat 11:00-da Gənclər evində (Biləsuvar şəhəri, Heydər Əliyev küçəsi 52, Heydər Əliyev parkının ərazisi, RİH-nin yaxınlığı) başlanacaq.

Gəlmək istəyən vətəndaşlar aşağıdakı rayon gənclər və idman   idarəsi ilə əlaqə saxlamalıdırlar.