UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkatma mərasiminin keçiriləcəyi vaxt məlum olub.

Unikal.org UEFA-nın saytına istinadən xəbər verir ki, İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil olunacaq tədbir dekabrın 16-da, saat 15:00-da başlayacaq. Püşk zamanı komandalar iki səbətdə yer alacaq. Püşkdə heç bir komanda öz ölkəsindən olan və qrupda qarşılaşdığı klubla düşə bilməz.

1/8 final mərhələsinin ilk oyunları 18-19 və 25-26 fevralda, cavab görüşləri 10-11 və 17-18 martda keçiriləcək.

Çempionlar Liqası, 1/8 final mərhələsi, səbətlər

Səpələnmişlər: “Barselona” (İspaniya), “Bavariya” (Almaniya), “Yuventus” (İtaliya), “Leyptsiq” (Almaniya), “Liverpul” (İngiltərə), “Mançester Siti” (İngiltərə), PSJ (Fransa), “Valensiya” (İspaniya)

Səpələnməmişlər: “Atalanta” (İtaliya), “Atletiko” (İspaniya), “Çelsi” (İngiltərə), “Borussiya” (Dortmund, Almaniya), “Lion” (Fransa), “Napoli” (İtaliya), “Real” (İspaniya), “Tottenhem” (İngiltərə).