"Orta məktəblərdə psixoloqların diaqnostik qiymətləndirilməsi dekabrın sonuna qədər keçiriləcək".

Unikal.org xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva deyib.

Onun sözlərinə görə, diaqnostik qiymətləndirmədə təxminən 3000-ə yaxın psixoloqun iştirakı arzuolunandır:

"Amma qeydiyyat artıq bitmək üzrədir. Qeyd edim ki, ölkə üzrə əlavə 800 psixoloqa ehtiyacımız var. Ümumtəhsil məktəblərində 2 mindən artıq psixoloq fəaliyyət göstərir.

Hazırki diaqnostik qiymətləndirmə psixoloqların peşəkar səviyyəsini, eyni zamanda sahə üzrə ixtisas biliklərini müəyyənləşdirmək məqsədilə keçirilir.

Diaqnostik qiymətləndirmədən sonra psixoloqların əmək haqqının artımı məsələsi tərəfimizdən müzakirə olunan vacib məsələlərdən olacaq".