Sloveniyanın 2-ci Liqasında çıxış edən komandaların birində qəribə hadisə baş verib.

Nigeriyalı futbolçulardan biri klub prezidentinin qızı ilə cinsi münasibətdə olub. 

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, prezidentin qızı hamilə qaldığı üçün həmin futbolçu komandadan qovulub və  ölkəsinə qayıtmaq məcburiyyətində qalıb.

Məsələnin ortaya çıxmasından 1 həftə sonra qovulan futbolçunun nizam-intizamı pozduğu üçün müqaviləsinin ləğv olunduğu bildirilib. 

6 ay öncə Sloveniya klubuna transfer olunan futbolçu ölkəsinə getdiyi zaman mətbuata açıqlama verib: 

"Klub məni bir toplantı üçün çağırdı. Bu yığıncaqda klub başçısının qızıyla olan əlaqəmi və onun hamilə olduğunu etiraf etdim. Mənə dedilər evdən çıxma, klubdan xəbər gələnə qədər ortalıqda görünmə. Bir həftə sonra menecerim mənə müqavilənin intizamsızlıq üzündən pozulmasının səbəb göstərildiyini dedi. Ancaq başa düşdüm ki, müqaviləmə xitam verilməsinin əsas səbəbi sevgi münasibətimdir.  Bir-birimizi sevirik və uşaq sahibi olmaq istəyirik. Nigeriyaya qayıtdıqdan sonra sevgilim və uşağımla bağlı xəbər ala bilmirəm. Klubdakı bir neçə dostum da qorxduqları üçün mənimlə danışmırlar"