Türkiyənin “Haber Global” televiziya kanalı Azərbaycanın mərhum Prezidenti, görkəmli dövlət xadimi Heydər Əliyevin anım gününə həsr olunan süjet hazırlayıb.

Unikal.org xəbər verir ki, süjetdə Heydər Əliyevin Azərbaycanı bəlalardan qurtarması, güclü dövlət qurmasından bəhs edilib.

Bildirilib ki, Heydər Əliyev BMT kimi mötəbər bir tribunadan dünya siyasətinə yol göstərən lider idi.

Qeyd olunub ki, Heydər Əliyev Ermənistanın işğalçılıq siyasətini dünyaya sübut etməyi bacarıb.

Süjetdə bildirilib ki, “Əsrin müqaviləsi” və Bakı-Tbilisi-Ceyhan boru kəməri Azərbaycanı gücləndirdi və bölgədə sülh və əmin-amanlıq yaratdı.